Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq

ÖLKƏ
15:09
9 Aprel 2024
81

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, aprelin 11-dən 12-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 10-dan 11-i günün ikinci yarısınadək Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Xəbər lenti