Əlövsət Baxşıyevin qardaşı oğlu vaxtından əvvəl azadlığa buraxıldı

XƏBƏR
12:56
8 Aprel 2024
83

Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş inspektoru Azər Baxşıyev vaxtından əvvəl azadlığa buraxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 3 il həbs cəzası təyin edilmiş sabiq gömrükçü cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, A.Baxşıyev Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. O, 2022-ci ilin avqustunda Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti