“Koroğlu”da bitumdaşıyan yük maşını aşdı, maye yola dağıldı - Video

HADİSƏ
14:14
6 Aprel 2024
302

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşını aşıb.

Sabah.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

***

Bitumdaşıyan yük avtomobilinin aşması, yola mayenin dağılması səbəbindən məhdudiyyət tətbiq edilən istiqamətlərin sayı artıb.

Qəza səbəbindən Böyükşor şosesi - “Koroğlu” metro stansiyası, mərkəz, həmçinin Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli maye dağılması barədə məlumat daxil olub.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti