Bayram namazı 2 gün qılınacaq
“Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da və 11-də qılınacaq”.
Sabah.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.
O, bayram namazının qılınma saatını da açıqlayıb:
“Bayram namazı məscidlərdə saat 8:00-9:00 aralığında qılınacaq. Aprelin 10-da bayram namazında iştirak edə bilməyənlərin aprelin 11-də iştirak etmək imkanı olacaq”.
Daha çox