Rusiyada koronavirusla bağlı son statistika

XƏBƏR
12:15
9 Aprel 2020
142

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 459 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahının məlumatında qeyd olunub.

Məlumata əsasən, Rusiyada daha 13 nəfər koronavirusdan həyatını itirib.

Qeyd edək ki, bu günə qədər ölkədə virusa yoluxanların sayı 10 min 131 nəfər, virusdan ölənlərin sayı 76 nəfərdir. Ümumilikdə Covid-19-dan sağalanların sayı 698 nəfər, müalicəsi davam edənlərin sayı isə 9 357 nəfərdir.

Xəbər lenti