Ağdamda detonator partlayıb - Xəsarət alan var

XƏBƏR
12:10
6 Aprel 2024
281

Ağdamda detonator partlayıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Xəbər lenti