Şirvan Apellyasiya Məhkəməsinin hakimi Naxçıvana göndərildi

XƏBƏR
14:57
5 Aprel 2024
95

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, M.Həsənov Şirvan Apellyasiya Məhkəməsinin hakimi idi.

Xəbər lenti