Bu şəxslərin taksi fəaliyyətinə icazə verilməyəcək

ÖLKƏ
16:42
4 Aprel 2024
79

Kimlərin taksi fəaliyyətinə icazə verilməyəcəyi açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi, buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyətinə icazə verilməyəcək”, - məlumatda vurğulanıb.

Xəbər lenti