Bakının mərkəzində ağır qəza - Foto

HADİSƏ
11:37
3 Aprel 2024
240

Bu gün səhər saatlarında Bakının mərkəzində ağır yol qəzası baş verib.

Sabah.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində kəsişmədə olan bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. Hazırda svetoforun bərpa edilməsi məqsədilə işlər görülür.

Xəbər lenti