Mayda Əfv gözlənilir - Komissiya ilk iclasa toplaşıb+Yenilənib

XƏBƏR
17:53
3 Aprel 2024
138

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Komissiya üzvü Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Məlumata görə, bu il komissiyada 700-dən çox müraciətə baxılacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.

Komissiyanın iclasında gərgin və məhsuldar müzakirələr aparılıb.

Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir.

Xəbər lenti