Eks-nazir və şöbə rəisinin məhkəməsi başladı

ÖLKƏ
16:03
2 Aprel 2024
79

Naxçıvanın sabiq maliyyə naziri Rafel Əliyev və Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun məhkəməsi başlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Təqsirləndirilən şəxslərin əvvəlki vəkilləri məhkəməyə gəlmədiklərinə görə onlara dövlət hesabına yeni vəkillər təyin edilib. Müdafiə tərəfi indiki mərhələdə hər hansı vəsatət qaldırmayıb. Prokuror müttəhimlər haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini deyərək cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Faiq Heydərovun sədrlik etdiyi hakimlər heyətinin qərarına əsasən prokurorun vəsatəti təmin edilib.

İlk baxış iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, eks-nazir və şöbə rəisi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti