Bibisi borc vermədi, evə girib 27500 manatını oğurladı

XƏBƏR
14:50
2 Aprel 2024
139

Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Sabah.az xəbər verir ki, rayon sakini olan qadın evindən 27500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi ona borc verməkdən imtina edib. Daha sonra isə Y.Quliyev zərərçəkənin evdə olmadığından istifadə edərək pulları oğurlayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti