Dünən nə qədər adam cərimələnib?

ÖLKƏ
10:20
9 Aprel 2020
94

Dövlət Yol Polisi İdarəsi dünən ölkə ərazisində karantin qaydalarını pozanlarla bağlı məlumatı açıqlayıb.

Sabah.az xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 8 aprel saat 00:00-dan 9 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9 959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti