Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - Foto

ÖLKƏ
11:42
2 Aprel 2024
140

Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov Sabah.az-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Xəbər lenti