Kəlbəcər və Ağdərədə Ermənistana məxsus artilleriya qurğuları tapıldı - Fotolar

XƏBƏR
16:57
30 Mart 2024
254

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sabah.az-a verilən məlumata görə, Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

Xəbər lenti