Nəfəs borusuna yemək düşən 9 aylıq körpə vəfat etdi
Şirvanda 9 aylıq körpə nəfəs çatışmazlığından ölüb.
Sabah.az xəbər verir ki, Şirvan şəhər sakini olan 9 aylıq S.Rzayevanın qida borusunda olan yemək onun nəfəs borusuna düşüb.
Nəticədə körpə kəskin nəfəs çatışmazlığı keçirərək dünyasını dəyişib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Daha çox