Bakıda ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib

HADİSƏ
09:40
30 Mart 2024
179

Bakının Yasamal rayonunda gecə saatlarından ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

“Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, sonra isə yük maşınına çırpılıb.

Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

***

Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

Saat 22:30 radələrində Əliyev Asim Asiman oğlunun idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı avtomobil dairəvi yolda “Socar” YDM-nin qarşısında idarəetməni itirərək avtomobil yolun əks istiqamətinə keçib. Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus “VOLVO FH PC24-4*2” TIR-a çırpılıb. Nəticədə “Chevrolet Cobalt LTZ” markalı avtomobilin sürücüsü Əliyev Asim Asiman oğlu və həmin avtomobildə ərnişin Mikayılov Ruslan Maşallah oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti