Eyni gündə həm Laçına, həm Zabuxa

XƏBƏR
09:38
30 Mart 2024
177

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.

Bununla ümumilikdə Laçın şəhərinə 1773 nəfər (472 ailə) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə (215 ailə) çatıb.

Xəbər lenti