“Atletiko”nun sabiq futbolçusu koronovirusdan öldü
01:55
9 Aprel 2020
87İspaniyanın “Atletiko” (Madrid) klubunun sabiq futbolçusu Migel Cons koronovirus infeksiyasından ölüb.
Sabah.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, sabiq yarımmüdafiəçi 81 yaşında Bilbao şəhərində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən də əziyyət çəkirmiş.
Qeyd edək ki, Ekvatorial Qvineyadan olan futbolçu 1959-1967-ci illərdə “Atletiko”, 1967-1968-ci illərdə isə digər İspaniya təmsilçisi “Osasuna”da çıxış edib.
Daha çox