Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

ÖLKƏ
13:37
29 Mart 2024
103

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, N.Bəydəmirlinin həbsdə saxlama müddəti daha 1 ay uzadılıb.

Digər məlumata görə, iş üzrə ibtidai istintaq artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, keçmiş deputat ötən ilin iyulunda həbs edilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti