Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - 10 il həbs

ÖLKƏ
16:58
28 Mart 2024
84

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, A.Qaraşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib.

19 yaşlı Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır.

Xəbər lenti