“Real” da maaşları azaltdı

İDMAN
00:58
9 Aprel 2020
79

İspaniyanın "Real" klubu koronavirus pandemiyasına görə La Liqada yaranan fasilə səbəbindən maaşları azaldıb.

Sabah.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb.

Bildirilib ki klubda bütün futbolçular, basketbolçular, həmçinin idarəçilər maaşların azaldılmasına razılıq verib.

Bildirilib ki, maaşlar mövsümün qalan hissəsinin taleyindən asılıq olaraq 10-20 faiz azaldılacaq.

Qeyd olunub ki, bu qərar klubun digər əməkdaşlarının əmək haqqının əvvəlki kimi qalmasına şərait yaradıb.

Xəbər lenti