Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

ÖLKƏ
16:20
26 Mart 2024
71

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sabah.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub.

Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

Xəbər lenti