53 mindən çox insan COVID-19 testindən keçib - TƏBİB

GÜNDƏM
00:16
9 Aprel 2020
58

Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 8-ə olan statistikanı açıqlayıb.

Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, 3018 nəfər koronavirus testindən keçirilib. Ümumilikdə testdən keçənlərin sayı 53 011 nəfərdir. Reanimasiyada olan xəstə sayı 8, süni tənəffüs cihazında olan xəstə sayı 2 nəfərdir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 822, virusdan ölənlər 8, sağalan xəstə sayı 63, aktiv xəstələrin sayı isə 751 nəfərdir.

Xəbər lenti