Samuxa yeni DYP rəisi təyin edildi
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bölmə rəisi vəzifəsi polis mayoru Azər Mehdiyevə həvalə edilib.
Bundan əvvəlki bölmə rəisi Samir Quliyev isə sərancama götürülüb.
Daha çox