Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu - Fotolar

XƏBƏR
14:39
22 Mart 2024
113

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.

V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib. Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.

Xəbər lenti