Cavid Hüseynova yeni vəzifə verildi

ÖLKƏ
13:21
15 Mart 2024
103

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən ayrılıb.

Sabah.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cavid Hüseynovun öz xahişi əsasında başqa işə keçməsi ilə əlaqədar ədliyyə orqanlarında qulluğuna xitam verilib.

Bundan başqa, nazirliyin Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Təyar oğlu Rəhimova həvalə edilib.

Qeyd edək ki, C.Hüseynov Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.

Xəbər lenti