Qoşqar Hacıyev dünyasını dəyişdi

ÖLKƏ
10:58
10 Fevral 2020
91

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib.

Sabah.az xəbər verir ki, qazinin qohumlarının yaydığı məlumata əsasən, o, dünən axşam saatlarında dünyasını dəyişib.

Bildirilib ki, axşam səhhəti pisləşən qazi həkim müdaxilələrinə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, qazi həm Azərbaycanda, həm də Türkiyədə müalicəsini davam etdirirdi. Başında çoxsaylı qəlpələr olan Qoşqar Hacıyev uzun müddət komada qalıb.

Xəbər lenti