Qarabağ əlilləri üçün 164 avtomobil alınacaq

İQTİSADİYYAT
19:58
8 Aprel 2020
55

"Bəzi media orqanlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərmaş” MMC-dən “Khazar LX” markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlar yayılsa da, avtomobillərin hansı məqsədlə alınacağı qeyd edilməyib".

Sabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, nazirlik tərəfindən hər il olduğu kimi, bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunması nəzərdə tutulub və alınacaq 164 avtomobil də Qarabağ müharibəsi əlillərinə veriləcək.

Xəbər lenti