Dəm qazından ölən ana və övladlarının - Fotosu

XƏBƏR
11:51
12 Mart 2024
80

Xəbər verdiyimiz kimi, dünən Masallı rayonu Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.

Sabah.az xəbər verir ki, dünyasını dəyişən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.

Xəbər lenti