Ruslan Əliyev vəzifəsindən azad edildi - Yeni təyinat+Yenilənib
12:52
11 Mart 2024
111“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək A.Məmməov baş direktorun müavini vəzifəsində çalışıb.
***
SOCAR-dan Azər Məmmədovun “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edildiyi təsdiqlənib.

Daha çox