DİN Akif Qurbanovun atasının saxlanması iddiasına aydınlıq gətirdi
17:56
9 Mart 2024
141Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara rəsmi cavab bildirib.
Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub:
“Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”.
Daha çox