Maldini də koronavirusa qalib gəldi

İDMAN
18:17
8 Aprel 2020
65

Koronavirusa yoluxan "Milan"ın idman direktoru Paulo Maldini sağalıb.

Sabah.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İtaliyalı sabiq müdafiəçinin artıq klubdakı işinə qayıtdığı bildirilib.

Qeyd edək ki, P.Maldini və oğlu olan "Milan"ın futbolçusu Daniel Maldini də martın 21-i koronavirus aşkarlanmışdı. D.Maldini ötən həftə koronavirusa qalib gəlmişdi.

Xəbər lenti