Qadın alveri edən şəxs 2500 manat cərimələndi

ÖLKƏ
13:40
5 Mart 2024
87

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib.

Bildirilib ki, o, iki həmcinsini pul qarşılığında müxtəlif şəxslərlə görüşdürərək cinsi istismara məruz qoyub. Təqsirləndirilən şəxs hər görüşə görə 50 manat qazanc əldə edib.

Məhkəmənin hökmü ilə ona 2500 manat cərimə cəzası verilib.

Xəbər lenti