Qaradağda küçə itləri uşağa hücum edib - Video+Yenilənib

HADİSƏ
11:53
4 Mart 2024
218

Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı bildirilir.

Sabah.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İddia olunur ki, küçə itləri azyaşlı uşağa xəsarətlər yetirib. Görüntülərdə sakinlərin kimisə xalçanın arasında təcili tibbi yardım maşınına doğru apardığı əks olunub.

Hətta videonu çəkən qadın itlərin hücumuna məruz qalan uşağın öldüyünü də iddia edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində hadisənin Qaradağ rayonu ərazisində qeydə alınması məlum olub:

“Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib”.

Xəbər lenti