Prezidentdən Əsgər Rəsulovla bağlı sərəncam

ÖLKƏ
15:57
2 Mart 2024
214

Prezident İlham Əliyev Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla bağlı sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, o, Azərbaycanda arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Rəsulov 2018-ci ildən Milli Arxiv İdarəsinin rəisidir.

Xəbər lenti