İntihar edən 63 yaşlı şəxs cərrah imiş
Abşeron rayonu Hökməli qəsəbəsində intihar edən şəxsin həkim olduğu məlum olub.
Sabah.az xəbər verir ki, fevralın 18-də özünü Nübar yaşayış massivindəki evində asan Zahid Fərman oğlu Baxşəliyev həkim-proktoloq imiş.
1961-ci il təvəllüdlü həkim Sabunçu Tibb Mərkəzində cərrah kimi fəaliyyət göstərib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox