Rövnəq Abdullayev AFFA-dan gedir - Yenilənib

ÖLKƏ
15:37
1 Mart 2024
297

Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək.

Sabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, Gəncə Futbol Akademiyasının açılış mərasimində deyib.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir.

***

AFFA rəsmi şəkildə Rövnəq Abdullayevin növbəti dəfə federasiya prezidentliyinə namizəd olmayacağını təsdiqləyib:

“AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib”.

Xəbər lenti