Rusiyada gün ərzində 1175 nəfər koronavirusa yoluxub
Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 175 nəfər artıb.
Sabah.az xəbər verir ki, ölkədə son 24 saat ərzində 5 nəfər ölüb. Yoluxma hallarının sayına görə birinci yerdə olan Moskvada xəstələrin sayı 660 nəfər artaraq 5 841 nəfərə çatıb.
Qeyd edək ki, ümumilikdə Rusiyanın 81 regionunda 8 672 koronovirus xəstəsi qeydə alınıb. Virusdan sağalanların sayı 580 nəfər, ölənlərin sayı isə 63 nəfərdir.
Daha çox