Mühacir alverinə görə saxlanılan azərbaycanlılar - Siyahı

XƏBƏR
16:12
14 Noyabr 2019
94

Almaniyada saxta sənəd düzəltməklə mühacir alveri etməkdə ittiham olunaraq saxlanılan azərbaycanlıların adları dəqiqləşdirilib. Sabah.az-ın verdiyi xəbərə görə, Almaniyada yaşayan siyasi fəal Həbib Müntəzir yekun siyahını yayımlayıb.

Saxlanılanların adlarını təqdim edirik:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan “Neuwied” adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir

Saxlanıların hər biri barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu işlə bağlı 60-a yaxın şübhəli var. Araşdırma davam edir.

Qeyd edək ki, Əlövsət Əliyev sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşıdır.

Xəbər lenti