Ağdaşda silah-sursat tapıldı - Foto
11:20
22 Fevral 2024
69Ağdaşda avtomat aşkarlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu məlumat verib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.
Sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.

Daha çox