Uşaqlarına Dolunay, Tovuz, Yəmən, Oman adlarını qoydular - Video

XƏBƏR
10:27
22 Fevral 2024
111

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar açıqlanıb. Belə ki, 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adları verilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Xəzər Televiziyası süjet hazırlayıb.

Məlum olub ki, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub.

Ötən il, həmçinin 263 uşağa Günəş adı verilib.

Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adları qoyulub.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu uşaqlara bu cür adların qoyulmasının əsas səbəbinin məlumatsızlıq olduğunu bildirib.

Daha ətraflı videoda:

Xəbər lenti