17 min manatlıq lazer aparatını 900 manata satıblar
Zabratda gözəllik salonundan 17 min manat dəyərində lazer aparatı oğurlayan şəxslər saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə məlumat daxil olub.
Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıb.
Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.
Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.
Daha çox