Rəsmi Bakıdan Kamilin saxlanılmasına - Reaksiya

XƏBƏR
10:30
21 Fevral 2024
70

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış məşqçi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, XİN-in Mətbuat katibi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: “Əlavə məlumat olarsa, bildiriləcək”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.

Xəbər lenti