Goranboyda baş direktora qarşı bıçaqlı hücum - Video+Yenilənib

HADİSƏ
14:55
19 Fevral 2024
106

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.

Sabah.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər.

Baş direktor da “yox” cavabı verdiyi üçün döyülüb.

Rauf Yəhyayev açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gələrək ağır ağrıkəsici dərman tələb ediblər:

“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.

***

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə barədə polisə məlumat daxil olub: “Daxil olan müraciət əsasında Goranboy Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb. Daha sonra materiallar aidiyyəti üzrə Goranboy Rayon Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda araşdırmalar davam etdirilir”.

Ətraflı videomaterialda:

Xəbər lenti