6 yaşlı uşaq və 7-ci sinif şagirdi vəfat etdi - Yenilənib

ÖLKƏ
12:27
19 Fevral 2024
76

Qusarda 7-ci sinif şagirdi vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Qusar şəhər 4 nömrəli tam orta məktəb məlumat yayıb.

Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib.

İlkin məlumatda onun qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşmaya görə həyatını itirdiyi bildirilib.

Sözügedən məktəbin direktoru Elmira Bayramova Modern.az-a bildirib ki, şagird qızılcadan vəfat etməyib: “Onda xərçəng xəstəliyi var idi, sümüyün iliyi xərçəngi. Şənbə günü Bakıda xəstəxanada vəfat edib, 17-si isə dəfn edilib”.

***

Lənkəran rayonunun Viravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı da qızılcadan dünyasını dəyişib.

Bu barədə kənd bələdiyyəsindən məlumat verilib. 

Qeyd edilib ki, azyaşlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. X. Qurbanlı ötən gün axşam saatlarında vəfat edib.

Bələdiyyədən, həmçinin kənddə qızılcaya yoluxma hallarının olduğu, lakin yoluxanların xəstəliyi yüngül keçirdikləri bildirilib.

***

TƏBİB-dən bildirilib ki, 05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində “Kəskin tənəffüz çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

Xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

Xəbər lenti