54 yaşlı kişi hamamda boğuldu

XƏBƏR
11:35
19 Fevral 2024
74

Daha bir nəfər dəm qazından vəfat edib.

Sabah.az xəbər verir ki, dünən saat 11 radələrində Abşeron rayon Saray qəsəbə sakini, 1970-ci il təvəllüdlü Həsən Əskər oğlu Xəlilov qazdan boğulub. Onun meyiti yaşadığı evin hamam otağında tapılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti