Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi

XƏBƏR
16:59
17 Fevral 2024
113

“Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək”.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı müraciətdə bildirilir.

“Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik” - MN-in məlumatında qeyd olunur.

Xəbər lenti