Ukraynada koronavirusa yoluxanların sayı artdı

XƏBƏR
11:30
8 Aprel 2020
97

Ukraynada koronavirusa yoluxanların sayı 1668 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölkədə son sutka ərzində 206 nəfər də koronavirusa yoluxub.

Ümumilikdə, Ukraynada virusdan ölənlərin sayı 52 nəfər, sağalanların sayı isə 35 nəfərdir.

Qeyd edək ki, ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.

Xəbər lenti