Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim etmişdi - Həbs edildi

XƏBƏR
15:52
17 Fevral 2024
120

Dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb.

DİN-dən Sabah.az-a verilən məlumata görə, T.Əliyev Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq-mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu ələ keçirib.

Bundan əlavə, T.Əliyevin başqa Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq 5 min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti